Twitter`də böhran

22-04-2009 / 15:04

Son günlərdə mikro-blog xidməti göstərən Twitter`də soxulcan yayılıb. Aparılan araşdırmalara əsasən 17 yaşlı bir şəxs \\\"Mikeyy\\\" adındakı zərərvericini bekarçılıqdan səhifəyə yayıb.

ABŞ mediasında yayılan məlumata görə, Soxulcan Twitter səhifəsinin \\\"Bio\\\" qisimindəki kiçik bir JavaScript kodundan törəyib. Soxulcanın tutulduğu profilə girdikdə script, istifadəçi adını tələb edir. Sonra zərərverici istifadəçi adıyla qısa mesajlar göndərir və digər istifadəçilərin profilinə yerləşir.

Texniklər açığı bağlamağa çalışsalar da qarşısını almaq mümkün olmayıb. Qısa bir müddət ərzində səhifədə zərərvericinin fərqli törəmələri yaranıb. Twitter`in şərhinə görə, 4 fərqli soxulcan törəməsi aktivləşib. Firma keçən müddət ərzində soxulcanın tutulduğu bütün hesabların təmizləndiyini açıqlayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə